8 fevral 2012 16:28
“Xorvatiya Ukrayna və Azərbaycan qarşısında üzr istəməlidi”
Futzal üzrə Ukrayna yığmasının baş məşqçisi Qennadi Lisençuk Avropa çempionatının yarımfinalına vəsiqə uğrunda yetirmələrinin məğlub olduğu Xorvatiya komandasını təbrik edib. Ancaq o bəyan edib ki, rəqibin davranışı feyr-pley prinsiplərinə uyğun gəlmirdi.
Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssisin sözlərinə görə Xorvatiya komandasının oyunçuları, məşqçiləri və xidmət personalı UEFA-nın oyunöncəsi mərasimini rədd edərək nümayişkarcasına ukraynalıların əlini sıxmaqdan imtina ediblər. Bununla yanaşı onlardan milli rəmzlərdən ibarət atributikanı alaraq tribunalara tərəf və ümumiyyətlə zibilə atıblar.
"Bununla onlar nəinki Ukrayna və UEFA-ya, həmçinin Split tribunalarına toplaşmış tamaşaçılara hörmətsizlik ediblər", deyə Ukrayna futbol federasiyasının mətbuat xidməti Lisençuka istinad edir.
Futzal üzrə AÇ-2012-nin 1/4 final oyunu ərəfəsində Xorvatiya mətbuatı ukraynalıları ötən ilin dekabrında dünya çempionatının təsnifat turnirində Azərbaycanla danışılmış oyun keçirməkdə açıq ittiham edən ölkə komandasının baş məşqçisi Mato Stankoviçə fəal surətdə istinad edir. Bu mövzunu “Spaladium Arena”dakı mətbuat konfransında yerli jurnalistlər də dəstəkləmişdi.
"Mənə elə gəlir ki, xorvat həmkarıma komandasının ümumdünya təsnifatındakı uğursuzluğunu hər hansı sözləşmə ilə izah etməsi çox rahatdı", deyə ukrayna yığmasının məşqçisi bildirib. "Rəqibin ümumi üstünlüyü şəraitində rəqibi gözlənilməz surətdə məğlub edərək Xorvatiya Bakıda bütün göstəricilərdə bizə məğlub oldu. Meydan sahibləri isə Ukrayna ilə görüşdə öz turnir tapşırıqlarını artıq yarıbayarı yerinə yetirmişdilər və həqiqətən güclü idilər. Xüsusən də onlara öz ictimaiyyəti önündə toparlanmaq lazım idi. Tribuna ilə komanda arasında əlaqənin nə qədər vacib olduğunu xorvatlar yəqin ki indi, ev çempionatında hiss edirlər".
“Bizi ittiham edərəksə onlar internetdə və ya haradasa buna təsdiq tapmağa çalışan mənbələrə istinad edirlər. Mən isə öz növbəmdə onlara dəlilləri ilə məhkəmə orqanlarına müraciət etməyi məsləhət görərdim. UEFA indi danışılmış oyunlara qəti müharibə elan edib və buna görə belə bir material - əgər bu varsa, həqiqətən qiymətsiz olar. Əgər sübut yoxdursa, öz sözlərinə görə cavab vermək lazımdı. Ən azı üzr istəmək gərəkdir. Nəinki Ukrayna, həmçinin Azərbaycandan. Maksimum isə iftiraya görə cavab vermək lazımdı”.
