8 fevral 2012 17:24
21-ci əsrin ən yaxşı hakimi müəyyənləşdi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən yaxşı hakimlərinin siyahısını açıqlayıb. Azerispor.az xəbər verir ki, ən yaxşı ədalət təmsilçiləri ilə bağlı 2001-2011-ci illərdə keçirilən sorğuların nəticələrini ümumiləşdirən İFFHS 11 illə bağlı yekun cədvəli müəyyənləşdirib.
Son 11 ildə 135 xal toplayan almaniyalı Markus Merk planetin ən yaxşı hakimi hesab olunub. Onun ən yaxın izləyiciləri olan cənubi amerikalılar da 100 xal səddini adlaya biliblər. Belə ki, uruqvaylı Xorxe Luis Larionda 108, kolumbiyalı Oskar Julian Ruis isə 104 xal toplaya bilib.
Bütövlükdə, 71 hakimin yer aldığı siyahının ilk onluğunda Frank De Blekere, Pyerluici Kollina, Massimo Buzakka, Lüboş Mihel, Roberto Rozetti, Hovard Uebb və Kim Milton Nilsen də var.
