8 fevral 2012 18:15
Xəzər Lənkəranın sabiq oyunçusu Moldova klubunda
“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Denis Kalinkov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, moldovalı futbolçu bundan sonrakı karyerasını ölkəsində davam etdirəcək.
Belə ki, Moldova “Dacia”sı Kalinkovu sıralarına qatıb. Kişinyov təmsilçisi sabiq “Xəzər Lənkəran”lı ilə yarım illik müqavilə bağlayıb. Amma tərəflər mövsümün sonunda daha bir illik müqanilə barədə də indidən razılığa gəliblər.
Xatırladaq ki, Kalinkov bir müddət öncə Vaqif Cavadovun ayrıldığı Rusiyanın “Volqa” klubuna keçməyə yaxın idi. Lakin görünür tərəflər son anda razılığa gələ bilməyiblər.
