8 fevral 2012 11:16
Georgi Lomaya: İliya Kandelakini heç kim vurmayıb
“İnter”in qapıçısı Georgi Lomaya azerisport.az saytına müsahibəsində komandasının mövsümün qalan dövrünə hazırlığından, yeni transferlərdən danışıb.
- Türkiyə toplanışınız necə keçdi?
- Hesab edirəm ki, hər şey qənaətbəxş alındı. Komanda böyük istəklə hazırlaşırdı. Gündə iki məşq keçirdik. Altı yoxlama matçında qüvvəmizi sınadıq.
- Hesab edirəm ki, hər şey qənaətbəxş alındı. Komanda böyük istəklə hazırlaşırdı. Gündə iki məşq keçirdik. Altı yoxlama matçında qüvvəmizi sınadıq.
- Onlardan da yalnız birində məğlub oldunuz...
- Bəli. Almaniya “Karlsrue”sinə uduzduq (1:3). Həmçinin üç heç-heçəyə nail olduq və iki qələbə qazandıq.
- Yoxlama matçlarında nəticələr nə dərəcədə önəmlidi?
- Əgər yaxşı oyun göstərirsənsə, deməli, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirirsən. Bütövlükdə götürsək, belə oyunlarda nəticə o qədər də önəm daşımır. Əsas çempionatda göstərəcəyimiz oyunlardakı nəticələrdi.
- “İnter” mövsümün qalan dövrünı hazırdı?
- Fikrimcə, hə. Yalnız İliya Kandelaki zədəlidi. Onun burnunu sındırıblar.
- Fikrimcə, hə. Yalnız İliya Kandelaki zədəlidi. Onun burnunu sındırıblar.
- Kiminləsə dalaşıb?
- Bizdə belə şeylər olmur. Onu heç kim vurmayıb. Sadəcə, komanda yoldaşlarımızdan biri ilə toqquşub.
- Bizdə belə şeylər olmur. Onu heç kim vurmayıb. Sadəcə, komanda yoldaşlarımızdan biri ilə toqquşub.
- Hava şəraiti qorxutmur?
- Xeyr. Mən belə havada oynamışam. Rusiyada 15 dərəcə şaxtada da oyuna çıxmışam. Burda da çıxa bilərəm. Sadəcə, qırmızı top lazımdı.
- “İnter” bu qış Əziz Quliyevdən başqa oyunçu almadı. Doğrudanmı komandaya güclənmək lazım deyil?
- Deməli lazım deyil ki, heç kim alınmadı. Bu, elə heyətdəki futbolçular üçün də çox xoşdu. Deməli, bizə güvənirlər. Qarşıya qoyulan hədəflərə bu heyətlə də çatmaq mümkündü.
- Deməli lazım deyil ki, heç kim alınmadı. Bu, elə heyətdəki futbolçular üçün də çox xoşdu. Deməli, bizə güvənirlər. Qarşıya qoyulan hədəflərə bu heyətlə də çatmaq mümkündü.
- Dmitri Kramarenkonun “Simurq”a gedişini necə qarşıladınız?
- O, mənim üçün sadəcə komanda yoldaşı deyildi. O, həm də yaxın bir dost, ata kimi idi. “İnter”də hörmət olunan adamlardan biri idi. Mənə tez-tez məşqlərdə məsləhət verərdi. Onun gedişi heç də ürəyimcə olmadı.
