8 fevral 2012 12:04
Yığmamızın qənimləri AÇ-2012-dən uzaqlaşdırıldı
Xorvatiyada keçirilən futzal üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, ötən gün qitə birinciliyinin 1/4 final mərhələsinin son iki oyunu keçirilib.
Meydana öncə Rusiya və Serbiya yığmaları çıxıblar. Yığmamızın qrupunda yer alan və futzalçılarımızı 9:8 hesabıyla yenməklə pley-offa adlayan serblər növbəti sürprizə imza ata bilməyiblər. Daha güclü çıxan şimal qonşumuz AÇ-də növbəti yarımfinalçı olub.
Günün digər oyununda isə yenə Azərbaycan millisini 4:1 yenmiş Portuqaliya yığması İtaliya ilə qarşılaşıb. Elə portəgizlər də güclü rəqibinə məğlub olaraq, mübarizəni dayandırmalı olublar.
Xatırladaq ki, bir gün öncə Xorvatiya və İspaniya da yarımfinala vəsiqə qazanmışdı. Beləliklə, yarımfinalda Xorvatiya Rusiya, İtaliya isə İspaniya ilə qarşılaşacaq. Oyunlar fevralın 9-da baş tutacaq.
Futzal
Avropa çempionatı
1/4 final
7 fevral
Rusiya – Serbiya – 2:1
İtaliya – Portuqaliya – 3:1
