8 fevral 2012 00:10
Panioniosda Araz Abdullayev şoku
Futbol üzrə gənclərdən ibarət Azərbaycan milli komandasının yarımmüdafiəçisi Araz Abdullayev sıradan çıxıb. Azerisport.az xəbər verir ki, Yunanıstanın "Panionios" klubunda çıxış edən həmyerlimiz komandasının son oyununda zədələnib.
Xatırladaq ki, Afina təmsilçisi “Etnikos Asteras” klubu ilə yoxlama oyunu keçirib. Komandasının 4:3 hesablı qələbəyə sevindiyi görüşdə Araz da meydanda olub. Lakin o, bu görüşdə zədədən yan qaça bilməyib. Bu üzdən “Panionios” futbolçumuzun xidmətindən yararlana bilməyəcək.
Lakin hələlik Arazın konkret hansı müddətə sıradan çıxdığı məlum deyil.
