8 fevral 2012 00:14
Ansi Aqolli Qarabağ ilə yollarını ayırdı
“Qarabağ” aparıcı oyunçularından birini itirib. Azerisport.az xəbər verir ki, söhbət komandanın sol cinah müdafiəçisi Ansi Aqollidən gedir.
Məsələ burasındadı ki, albaniyalı futbolçu bundan sonra Ukrayna çempionatında çıxış edəcək. Belə ki, futbolçu “Krivbass”ın düşərgəsinə yollanıb.
Xatırladaq ki, Aqolli “Qarabağ”da icarə əsasında çıxış edirdi. Təcrübəli legioner müqavilə ilə məhz Ukrayna klubuna məxsus idi ki, sözügedən komanda öz oyunçusunu məhz indiki məqamda sıralarına qaytarmağa qərar verib.
Sonda onu da bildirək ki, məlumatı Ukrayna məlumatı yayıb. Ağdam klubunun bu boşluğu necə dolduracağı maraq doğurur.
