9 fevral 2012 01:38
Fransa kuboku: Ölkə çempionu şokda (YENİLƏNİB)
Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Rennes” doğma meydanda “Evian”la qarşılaşıb. Kifayət qədər məhsuldar alınan görüşdə qələbəyə sevinən meydan sahibləri ilk 1/4 finalçı olublar.
İkinci oyun günündə daha 4 qarşılaşma keçirilib. “Valenciennes” “Lille” ilə qarşılaşıb və son ölkə çempionunu sensasion şəkildə kubokdan kənarlaşdırıb. Səfərdə “Chateauroux” ilə qarşılaşan “Montpellier” isə belə sürprizə imkan verməyib. “GFCO Ajaccio” “Drancy”, “Olympique” (Lion) isə “Bordeaux” üzərində qələbə ilə 1/4 finala adlayıb.
Fransa kuboku
1/8 final
7 fevral
Rennes – Evian - 3:2
8 fevral
Valenciennes - Lille - 2:1
Chateauroux - Montpellier - 0:2
GFCO Ajaccio - Drancy - 2:0
Olympique (Lion) - Bordeaux - 3:1
1/8 final mərhələsinin daha üç qarşılaşması isə sonra keçiriləcək: Dijon – PSG, Quevilly – Orleans, Bourg-Peronnas – Olympique (Marsel).
