8 fevral 2012 12:48

Bakıdakı DÇ üçün daha bir təqdimat (FOTO)

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) tərəfindən növbəti təqdimat Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbələri üçün təşkil olunub. Azerisport.az xəbər verir ki, təqdimat zamanı YTK tərəfindən ADA-nın tələbələrinə FIFA U-17 qadınlararası dünya çempionatına hazırlıq, Könüllülük Proqramı və iş imkanları haqda məlumat verilib. 40-a yaxın iştirakçı 22 sentyabr – 13 oktyabr tarixlərində keçiriləcək çempionatın səhnəarxası işləri barədə daha çox məlumat əldə ediblər.
 
Qeyd edək ki, ADA həmçinin xarici ölkələri təmsil edən tələbələrin seçimi olan təhsil müəssisələrindən biridir. Bu təqdimatın əhəmiyyətli cəhətlərindən biri ondan ibarətdir ki, artıq başqa ölkələrdən olan tələbələr də qarşıdan gələn çempionat və bu yarışın təqdim etdiyi könüllülük imkanları haqda məlumatlandırılıb. Yenicə «Şərq Tərəfdaşlığı Gənclik Pəncərəsi» adlı təşəbbüs çərçivəsində Avropa Könüllülük Xidməti proqramına akkreditasiyadan keçmiş AFFA artıq Avropa üzrə 60 könüllünü cəlb etmək hüququna malikdir. Bundan əlavə, YTK Könüllülük şöbəsi dünyanın dörd bir yanından həvəsli şəxsləri seçilmiş 1000 nəfərdən biri olmağa, bu beynəlxalq ailəyə qoşulmağa dəvət edir.
 
Qadın futbolunun inkişafı, qarşıdan gələn dünya çempionatı haqda təbliğatı gücləndirmək və könüllüləri cəlb etmək məqsədilə ali təhsil müəssisələri, QHT-lər, səfirliklər, şirkətlər və bu kimi digər qurumlarda silsilə təqdimatların keçirilməsi davam etməkdədi.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.