9 fevral 2012 13:05
Azərbaycanın rəqibi fevralın 11-də bəlli olacaq
Fevralın 11-də, Xorvatiyanın Zaqreb şəhərindəki “Sheraton” otelində futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off oyunlarının püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, əsas seçmə mərhələdə qrupda birinci yeri tutan komandaların rəqibi pley-offa qrup ikincisi kimi vəsiqə qazanan yığmalar olacaq.
Peay-offda ilk oyunlar 25-28 mart, cavab qarşılaşmaları isə 8-11 aprel tarixlərində keçiriləcək. Pley-offda mübarizə aparacaq komandaların siyahısını diqqətinizə çatdırırıq:
Qrup qalibləri
1. İspaniya
2. İtaliya
3. Serbiya
4. Portuqaliya
5. Ukrayna
6. Çexiya
7. Rusiya
Qrup ikinciləri
1. Norveç
2. Rumıniya
3. Sloveniya
4. Slovakiya
5. Azərbaycan
6. Belarus
7. Macarıstan
Xatırladaq ki, futzal üzrə dünya çempionatının final mərhələsi noyabrın 2-dən 18-dək Taylandda keçiriləcək.
