9 fevral 2012 13:40
Qış transfer dövrü bu gün başa çatır
Bu gün qış transfer dövrü başa çatır. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, futbol klubları heyətə cəlb etdikləri yeni oyunçuları bu gün saat 18:00-dək Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər. Həmin vaxtdan sonrakı transferlər isə nəzərə alınmayacaq.
