10 fevral 2012 01:45
İtaliya kuboku: Napoli də ilk oyunda məğlub oldu (YENİLƏNİB)
Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib.
Erkən final kimi dəyərləndirilən oyunda son ölkə çempionu “Milan” hazırda A Seriyasının lideri olan “Juventus”u qəbul edib. Turin klubu səfərdə qazandığı qələbə sayəsində cavab görüşü ərəfəsində önəmli üstünlüyə yiyələnib.
Digər yarımfinal matçında isə “Siena” “Napoli” ilə qarşılaşıb. Bu görüşdə isə meydan sahibləri eyni hesabla qələbə qazanıblar. Amma səfərdə vurulan 1 qol "Napoli"yə cavab oyununda müəyyən şans qazandırır.
İtaliya kuboku
Yarımfinal (ilk oyunlar)
8 fevral
Milan – Juventus – 1:2
9 fevral
Siena - Napoli - 2:1
