9 fevral 2012 14:35
Mircavadov: Neftçi çempionatın favoritidi
Futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində klublarımızın çempionluq mübarizəsindən, hazırlığından danışıb.
- Klublarımızın Türkiyə toplanışını necə qiymətləndirirsiz?
- Hər şey işlərin planla aparılmasından asılıdı. Əgər komandalar avrokuboklara vəsiqə qazanmaq istəyirlərsə, onlar daha yaxşı güclənməlidilər. Hansısa komandanın planları yalnız çempionatla bağlıdısa, onda bir qədər fərqli hazırlıq olmalıdı. Digər tərəfdənyanvar ayında yaxşı futbolçu tapmaq bir qədər çətin olur. Çünki elə oyunçuların əksərinin klublarıyla müqavilələri olur.

- “Neftçi”nin yeni oyunçu almaması sizi təəccübləndirmədi?
- Bu, onu göstərir ki, Böyükağa Hacıyev öz oyunçularına güvənir və onları ən yaxşı hesab edir. Həqiqətən də, əgər komandada Cavid İmamverdiyev, Mirhüseyn Seyidov kimi gənclər varsa, başqa legionerlər “Neftçi”nin nəyinə lazımdı? Hacıyev nə etdiyini yaxşı bilir.

- “Xəzər Lənkəran”ın bu qış Mali və Kosta Rika bazarına üz tutmasını necə dəyərləndirirsiz?
- Onların uyğunlaşmasına zaman lazımdı. Mənim dövrümdə hər legionerlə xüsusi danışıqlarım olurdu. Məhz bu üzdən Mario Souza, Denis Silva, Juninyo kimi legionerlər özlərini Azərbaycan çempionatında göstərə bildilər. Digər komandalarda olduğu kimi, “Xəzər Lənkəran”da da yeni futbolçuların uyğunlaşması üçün zamana ehtiyac var.
- Uinston Parks üçün belə uzun zamana ehtiyac olmamışdı...
- Mən Parksın oyununu izləyirdim. Həmin dövrdə o, “Lokomotiv”də çıxış edirdi. Bu, həm də orta xətdə çıxış edən oyunçuların sərgilədiyi oyundan asılıdı. Əgər orda yaxşı futbolçular çıxış edirsə, deməli hücumçunun da işləri qaydasında gedəcək. Təəssüf ki, legioner transferlərində əsas problem onların Azərbaycan çempionatını zəif birincilik hesab etmələridi.
- “Bakı”nın bu qış altı oyunun hamısında məğlub olması nədən xəbər verir?
- “Bakı” güclü komandalara məğlub olub. Mən həmişə istəmişəm ki, komandam güclülərə qarşı oynasın. Yəqin ki, eyni şeyi Aleksandr Starkov da çox istəyir. Yalnız daha güclü komandalarla oyunlarda mpvcud problemlərin hamısını görmək mümkün olur. “Bakı” inamlı oyun sərgiləmir. Komandada oyun planında problemlər diqqət çəkir.

- Sizcə, bu klubun Jabanı buraxması nə dərəcədə mənfi təsirini göstərə bilər?
- Mənim fikrimcə, Starkovun bu oyunçuyla müəyyən problemləri var idi. Amma Jaba “Bakı”ya kömək edə bilərdi. Onu saxlamaq lazım idi.

- “Neftçi”nin Kadırov turnirindəki oyunlarını izləyirdiz?
- Ancaq “Metallist”lə “Partizan” arasındakı final matçını izlədim. Turnirin təşkilatçılığı çox xoşuma gəldi. “Neftçi”nin də çıxışı layiqli idi. Qroznı “Terek”ini 3:0 məğlub etmək yaxşı nəticədi. Bu, bir daha göstərdi ki, “Neftçi” çempionatın favoritidi.

- Sizcə, bu turnir “Birlik Kuboku”nun davamçısı ola bilər?
- Fikrimcə, elə də olacaq. Turnirin təşkilatçıları büdcəni artırmaq istəyir. Daha güclü komandalar dəvət olunacaq. Fikrimcə, bu turnirin böyük gələcəyi var.