9 fevral 2012 14:59

“Mövsümü titulla başa vurmağımızı çox istərdim”

“İnter”in gənc qapıçısı Səlahət Ağayev Türkiyədə keçirilən təlim-məşq toplanışı barədə danışıb, mövsümün ikinci hissəsinə dair fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:

“Türkiyədə olduğumuz müddətdə bizə böyük həcmdə iş yerinə yetirmək müyəssər oldu. Biz səylə məşq edir və çempionatın ikinci hissəsinə hazırlaşırdıq. Antalyada keçirilən yoxlama matçlarında bizə qarşı güclü rəqiblər oynayırdılar və bu da əhəmiyyətli amil idi. Bu yaxınlarda “İnter”lə müqavilə müddətini uzatdım və komandaya kömək edəcəyimə ümid edirəm. Mövsümü titulla başa vurmağımızı çox istərdim, ancaq bunun asan olmayacağını da anlayırıq. Bütün rəqiblər qətiyyətlə kökləniblər və biz  gücümüzü maksimum dərəcədə ortaya qoymalıyıq. Mövsümün ikinci hissəsi maraqlı olmağı vəd edir və onun komandamız üçün də uğurlu olmasını istərdim”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.