9 fevral 2012 15:10

Qəbələnin məşqçi heyəti Barcelonada təcrübə keçir (FOTO)

Öncədən xəbər verdiyimiz kimi “Qəbələ” - “Barcelona” əməkdaşlığı çərçivəsində “Qəbələ” Futbol Akademiyasının məşqçilər heyəti təcrübə məqsədi ilə Barselonada səfərdədi. Azerisport.az xəbər verir ki, fevralın 4-də start verilən səfərin ilk 5 günü bir sıra yaddaqalan hadisələr və işgüzar görüşlərlə əlamətdar olub.
 
Bu barədə heyətdə yer alan Akademiya direktorunun müavini Nail Kərimov məlumat verib: “Öncədən planlaşdırıldığı kimi gəldiyimiz gün “Barcelona” – “Real Sociedad” oyununu izlədik. Ertəsi gün akademiya liqaları çərçivəsində “Barcelona”nın 3 oyununa baxdıq – U-9, U-13 və U-14. Bu oyunlar akademiya təsislərində və stadionlarında keçirildi. Oyunlar zamanı Moratalyanın başçılıq etdiyi qrupla oyunlar haqqında fikir mübadiləsi aparıldı. Ayın 6-da müxtəlif yaş qruplarından ibarət komandaların – U-17 və U-16-nın məşqlərini izlədik. Məşqlərdən sonra həmin komandaların məşqçiləri ilə qısa görüşlər təşkil edildi. Növbəti gün Barselona şəhərinin bəzi önəmli idman obyektləri ilə tanışlıq oldu. Bura Barselona Olimpiya stadionu, Barselona Fiziki Hazırlıq İnstitutu və klubun təsisləri daxildi”. 
 
Nail Kərimov “Barselona”lı ulduzların yetişdikləri La Masia ilə tanışlığın təfərrüatlarından bəhs edib: “Barselona akademiya futbolçularının məskunlaşdıqları La Masia adlanan yaşayış binası ilə tanışlıq xüsusi qeyd olunmalıdı. Binanın direktoru Karlos Figeroa akademiyada oyunçuları necə yerləşdirdiklərini, onların təhsili və ailə problemləri ilə necə məşğul olduqlarını, qidalanma formasını, ümumilikdə, akademiyada futbolçunun gündəlik yaşayış şəklini izah etdi. Qeyd edək ki, La Masiada İspaniyanın müxtəlif bölgələri, Koreya, Yaponiyadan tutmuş, Kamerun, Nigeriya, Braziliya, Argentina, Yunanıstana qədər müxtəlif ölkələrdən 12-18 yaş arası ümumilikdə 49 futbolçu məskunlaşıb. Futbolçularla, yanaşı, digər idman növləri ilə məşğul olan 26 yeniyetmə də həmin binada yaşayır. Akademiyanın bazası ilə tanışlıq da oldu. Burada ümumilikdə 9–4 süni, 5 təbii meydança var. Müalicə və reabilitasiya mərkəzi ilə də tanışlıq oldu”.
 
Fevralın 8-də isə məşqçi heyəti “Barcelona” FK Akademiya direktoru Gilyerme Amorla görüşüb: “Dünən  “Barcelona” B komandasının məşqini akademiya direktoru Gilyerme Amorla birlikdə izlədik, məşq boyunca ispaniyalı mütəxəssislə fikir mübadiləsi aparıldı. Zaman-zaman əsas komandanın heyətində gördüyümüz futbolçulardan bir neçəsi də həmin məşqdə iştirak etdilər. Klubda çox önəm verilən B komandasının məşqi zamanı meydançaya müxtəlif işləri görən 5 məşqçi eyni zamanda çıxır. Qeyd etmək lazımdır ki, dekabr ayında Xosep Moratalyanın rəhbərlik etdiyi kurslarda verilən dərsləri burada canlı seyr etməklə Barselonanın məşq və oyun sistemini daha yaxşı qavramaq mümkündür. Barselona futbol klubunun nəzdindəki bütün komandalar eyni məşq sistemi üzrə hazırlanırlar və bu sistem bütün dünyanın tətbiq etdiyi sistemlərdən xeyli fərqlənir. Axşam saatlarında UEFA tərəfindən yeni təşkil olunmağa başlayan 18 yaşadək futbolçular arasında Çempionlar Liqası çərçivəsində “Barcelona” – “Ajax” oyununu izlədik. Nümayəndə heyətimiz Kral Kubokunun yarımfinal oyunu “Barcelona” – “Valencia” matçını da Nou Kampdan izlədi”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.