9 fevral 2012 15:38
Qurban Qurbanov: Bu, bizim də hazırlığa təsirsiz ötüşməyib
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 19-cu turunun təxirə salınması, eləcə də əlverişsiz hava şəraiti səbəbindən yaxşı hazırlaşa bilməmələrinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Şübhəsiz ki, əlverişsiz hava şəraiti bizim də hazırlığa təsirsiz ötüşməyib. Bizim örtülü meydançamız yoxdu ki, orda hazırlaşaq. Məhz bu üzdən bəzi məşq elementlərindən imtina etmişik. Premyer Liqanın 19-cu turunun təxirə salınmasına gəlincə, bu, bütün komandalara aiddi. Biz bütün hazırlığımızı fevralın 10-na kimi hesablamışdıq. Yəni ilk oyunumuzu məhz həmin gün keçirəcəkdik. Təəssüf ki, hava şəraiti turun təxirə salınmasına gətirib çıxardı”.
