9 fevral 2012 17:23
İnterin daha bir futbolçusu Simurqda
“Simurq” daha bir futbolçu transfer edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu müdafiəçi Rüstəm Abbasovu heyətinə cəlb edib.
Buna qədər “İnter”in heyətində çıxış edən gənc futbolçu mövsümün sonunadək icarə əsasında “Simurq”un uğurları üçün çalışacaq. Abbasov “Simurq”da 28 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “İnter” bundan öncə Dmitri Kramarenko və Ruslan Poladovu da Zaqatala klubuna icarəyə vermişdi.
