9 fevral 2012 18:31
Dünyanın ən gəlirli klubları müəyyənləşdi
Dünyanın ən gəlirli futbol klublarının statistikası açıqlanıb. Azerisport.az BBC-yə istinadən xəbər verir ki, Madrid “Real”ı 480 milyon avro gəliri ilə yeddi il dalbadal dünyanın ən qabaqcıl futbol klubu seçilib.
“Real”ın əsas rəqibi “Barcselona” siyahıda 2-ci, “Manchester United” isə 3-cü yerdə gəlir. Əgər “Real” gələn il də siyahıda birinci yerdə gələrsə, o, “Manchester United”in 8 illik rekordunu təzələyəcək. “Bayern”, “Arsenal” və “Chelsea” ən varli klublar siyahısında 4, 5, 6-cı yerlərdə gəlir.
Siyahıdakı 20 klubdan hamısı Avropanın “beşlik” ölkələrinin liqalarında çıxış edir. 20 komandanın gəlirləri birlikdə 4.4 milyard avro təşkil edir.
Dünyanın ən varlı 10 klubu isə aşağıdakılardı:
1. Real (İspaniya): 479.5 milyon avro
2. Barcelona (İspaniya): 450.7 milyon avro
3. Manchester United (İngiltərə) : 367 milyon avro
4. Bayern (Almaniya): 321.4 milyon avro
5. Arsenal (İngiltərə): 251.1 milyon avro
6. Chelsea (İngiltərə): 249.8 milyon avro
7. Milan (İtaliya): 235.1. milyon avro
8. İnter (İtaliya): 211.4 milyon avro
9. Liverpool (İngiltərə): 203.3 milyon avro
10. Schalke (Almaniya): 202.4 milyon avro
