9 fevral 2012 19:40
Muğanın sabiq baş məşqçisi Tacikistan yığmasında
Azərbaycanın “Muğan” klubunun sabiq baş məşqçisi Kamal Alispahiç özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, bosniyalı mütəxəssis bundan sonra Tacikistan yığmasını çalışdıracaq.
“BBC Russian”ın informasiyasına görə, ilk dəfədi ki, Tacikistan millisini əcnəbi baş məşqçi çalışdıracaq. Alispahiçin 2009-cu ildə Salyan klubunun sükanı arxasında çalışdığını da qeyd edək. Lakin onun “Muğan”dakı fəaliyyəti cəmi altı ay davam etmişdi.
