9 fevral 2012 19:45

Xəzər Lənkərandan daha 2 transfer!

“Xəzər Lənkəran” Futbol Klubu bu gün Kosta-Rika millisinin hücumçusu Rendal Brenesin transfer məsələsini rəsmən həll edib. Azerisport.az xəbər verir ki, futbolçu cənub klubuyla 2 il müddətini əhatə edən müqavilə imzalayıb.
 
28 yaşlı Rendal Moya Brenes karyerası boyu doğma ölkəsində və həmçinin Norveç çempionatında çıxış edib. Hücumçu 2005-2008-ci illərdə Skandinaviya ölkəsinin “Bodo Qlimt”, 2008-2009-cu illərdə “Konqsvinger” klublarının şərəfini qoruyub.
 
2010-cu ildən etibarən isə oyunçu ölkəsinin “Kartagines” klubunda top qovub. “Xəzər Lənkəran”a məhz “Kartagines”dən keçən Rendal cari mövsümdə 21 oyuna çıxmaqla 14 dəfə fərqlənməyi bacarıb.
 
Brenes həmçinin ötən il mütəmadi olaraq Kosta-Rika milli komandasının sıralarına da çağırılıb. Belə ki, futbolçu 2011-ci il ərzində CONCACAF Kubokunda 2 oyun, Mərkəzi Amerika Kubokunda 4 oyun və Copa America turnirində 2 oyunda meydana çıxıb. CONCACAF Kubokunda 1 qol vurmuş yeni transfer həmçinin ötən il 8 yoldaşlıq görüşündə forma geyinməklə, bu oyunlarda daha 2 dəfə fərqlənməklə yadda qalıb. 16 noyabr 2011-ci ildə Kosta-Rika millisinin dünya çempionu İspaniyaya qarşı keçirdiyi oyunda hesabı da məhz Rendal açmışdı.
 
Bundan əlavə qeyd edək ki, "Xəzər Lənkəran" Futbol Klubu Türkiyənin "Beşiktaş" klubunda çıxış edən yarımmüdafiəçi Mehmet Akyüzün icarə əsasında keçidini razılaşdırıb. Yaxın zamanda türk futbolçunun da komandanın sıralarına qoşulacağı gözlənilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.