9 fevral 2012 11:19
Slavço Georgiyevski: Transfer xatirinə oyunçu gətirmək lazım deyil
“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində komandasının hazırlığı, təxirə salınan tur və rəqiblərindən danışıb.
- Sizcə, 19-cu turun oyunlarının təxirə salınması xeyrinizə işləyəcək?
- Futbolçular üçün bu, faydalı olmalıdı. Öz sağlamlığımızı qoruyuruq. Belə havada zədə alsan, çətin ki, onu tezliklə sağaltmaq mümkün olsun. Odu ki, belə havada elə oynamamaq lazımdı.

- “Neftçi”ni bütövlükdə mövsümün qalan dövrünə hazırdı?
- Şübhəsiz. Biz yaxşı hazırlıq keçdik. Amma bizim bu hazırlığı yüksək qiymətləndirməyimiz fərqli şeydi. Əsas bunu qarşıdakı oyunların nəticəsində əks etdirmək lazımdı. Rəqiblərimiz də gücləniblər. Yəni liderlər arasında elə də ciddi fərq yoxdu.

- Yəqin ki, rəqiblərinizin hazırlığını da izləmisiz?
- Xeyr. Futbolçunun işi hazırlaşmaqdı. “Neftçi”də elə insanlar var ki, bu işlərlə də maraqlanırlar. Əgər nəsə olsa, bizə deyərlər. Digər tərəfdən yoldaşlıq oyunlarındakı nəticələrə o qədər önəm vermək də lazım deyil. Əsas Premyer Liqa oyunlarıdı.

- Deməli, sizin Kadırov turnirindəki vurduğunuz qolları da hesaba almaq lazım deyil?
- Niyə ki? Çempionat oyunlarında da qol vura bilərik. Bilirsiz, indiki anda hər şey baş məşqçidən asılıdı. Daha doğrusu, onun verəcəyi tapşırıqlardan. Hərdən Böyükağa Hacıyev irəli getməyi tələb edir. Bəzən də mənə bildirir ki, daha çox müdafiəyə kömək edim. Mənə nə deyilirsə, onu da edirəm.

- Yeri gəlmişkən, “Neftçi” bu qış heç bir transfer həyata keçirmədi...
- Deməli, buna ehtiyac yox idi. “Xəzər Lənkəran”la “Bakı”dan başqa digər liderlər də xüsusi güclənməyə ehtiyac duymadı. Əgər heyət yaxşıdırsa, heç nəyi dəyişməyə ehtiyac yoxdu. Transfer xatirinə oyunçu gətirmək lazım deyil. Əgər hər şey yaxşıdısa, buna nə ehtiyac var?
- Ehtiyat oyunçular skamyanızın qısa olduğunu düşünmürsüz?
- Komandamızda kifayət qədər futbolçu var. Özü də onların çoxu gənclərdi. Əgər gənclərə daha çox şans verilsə, oyunçularımızın sayı daha da çox olar. Mən klubun siyasətini düzgün hesab edirəm.

- “Qarabağ” yaxınlarda həmyerliniz Muarem Muaremi sıralarında qatdı. Sizin bu transferə münasibətiniz maraq doğurur...
- Yaxşı oyunçudu. Ağdamlılar keyfiyyətli transfer etdilər. O, komandanı ciddi şəkildə gücləndirəcək. Muaremin oyun səviyyəsi “Qarabağ”ınkı ilə üst-üstə düşür. “Neftçi”yə indi “Qarabağ”a qarşı oynamaq daha çətin olacaq. Amma birinci oyunu biz udacağıq.