9 fevral 2012 12:14
Azərbaycanın rəqibi Çexiyanı seçdi
Futbol üzrə İsrail yığması daha bir yoldaşlıq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən ölkə millisi Çexiya ilə qarşılaşacaq.
İki ölkənin futbol federasiyaları arasındakı razılığa əsasən görüş mayın 26-da baş tutacaq. Qarşılaşmanın həmin dövrdə həyata keçiriləcək Avstriya toplanışı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, İsrail Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən biridi.
