9 fevral 2012 12:52
Mübariz Mənsimov Beşiktaşın prezidenti ola bilər
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun adı yenidən “Beşiktaş” klubunun prezidentliyinə iddialılar sırasında göstərilib. Azerisport.az xəbər verir ki, bu dəfə belə iddia ilə qardaş ölkənin tanınmış “Sabah” qəzeti çıxış edib.
Qəzetin verdiyi məlumata görə, klubun hazırkı prezidenti Yıldırım Dəmirörən Türkiyə Futbol Federasiyasının (TFF) başçısı vəzifəsinə əsas namizədlərdən biridi. Əgər Dəmirörən TFF rəhbəri seçilsə, o zaman “Beşiktaş”ın prezidenliyi vəzifəsinə seçki keçiriləcək. Türkiyə mətbuatı bu vəzifəyə real namizədlər sırasında Mənsimovun da adını çəkib.
Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun sahibi olan Mübariz Mənsimov Türkiyədə “Beşiktaş”lı kimi tanınır. O, “Beşiktaş”ın çətin durumunda bu kluba az yardım etməyib. Hətta “Beşiktaş TV”nin məhz Mənsimovun maliyyə dəstəyi ilə açıldığı deyilir.
