9 fevral 2012 00:38
İngiltərə yığmasında şok istefa!
Futbol üzrə İngiltərə yığması baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, sözügedən ölkə yığmasını çalışdıran Fabio Kapello vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, bu, son günlər İngiltərə futbolunun gündəmini zəbt edən olaylarla bağlıdı. Məlum olduğu kimi, bu günlərdə “Chelsea”nin təcrübəli müdafiəçisi Con Terri yığmanın kapitan sarğısını daşımaqdan məhrum edildi. Millinin italiyalı baş məşqçisi isə bu qərara etiraz edərək, bunun düzgün olmadığını bildirdi. Məhz bu fikir ayrılığı İngiltərə Futbol Federasiyası ilə Kapello arasındakı problemlərin tam kəskinləşməsinə gətirib çıxarıb.
Artıq federasiya da rəsmi saytı vasitəsilə bu istefanı təsdiqləyib. Hətta açıqlamada istefanın səbəbi kimi Con Terri ilə bağlı çıxarılan qərarla bağlı fikir ayrılığının olması da göstərilib.
