10 fevral 2012 13:45
Brenes imzaladı, prezidenti uğur arzuladı (FOTOLAR)
Kosta Rikanın “Cartagines” klubunun prezidenti Xose Luis Rodriqes bu komandanın hücumçusu Rendal Brenesin Azərbaycanın “Xəzər Lənkəran” klubuna keçidinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bununla bağlı klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Brenesin Azərbaycan klubuna keçməsi bizi çox sevindirir. O, özü də bu keçidi çox səbrsizliklə gözləyirdi. Biz ona Azərbaycanda uğurlar arzulayırıq. Amma qoy o, karyerasının sonunda yenə bizə qayıtsın”.

Sonda Brenesin “Xəzər Lənkəran”la müqavilə bağlaması mərasimindən görüntüləri təqdim edirik.