10 fevral 2012 14:27

Cihan Özkara: Əsas millidə oynamağın vaxtıdı

Türkiyənin “Sivasspor” klubunun, eləcə də futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının hücumçusu Cihan Özkara azerisport.az saytına müsahibəsində ötən gün baş tutan “Beşiktaş”la Superliqa matçından, eləcə də millimizdən danışıb.
 
- Evdə “Beşiktaş”la heç-heçəyə (1:1) nail oldunuz. Bunu uğurlu nəticə saymaq olar?
- Xeyr. Biz avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq. Bizim üçün evdə istənilən xal itkisi arzuolunmaz hesab olunur. Kimlə oynamağımızdan asılı olmayaraq, bu, belədi. Baxmayaraq ki, son oyunda biz cavab qolunu son dəqiqələrdə vura bildik.
 
- Bəs bu qolun məhz siz meydana çıxandan sonra vurulması sevindirmirmi?
- Əlbəttə, mən vurulan qolda iştirak etməsəm də, hesabı bərabərləşdirməyimiz hamı kimi, məni də sevindirdi. Ümumiyyətlə, Ermanın qolu çox gözəl alındı. O, növbəti dəfə fərdi ustalığını nümayiş etdirdi.
 
- Yeri gəlmişkən, mövsümün əvvəli ilə müqayisədə artıq daha çox meydana çıxırsız. Hətta “Bursaspor”a vurduğunuz qol sizə qələbə qazandırdı...
- Düzdü, qol penaltidən vurdum. Amma bu, çox vacib bir səfər qələbəsi idi. Mən indi daha çox son 10-15 dəqiqədə meydana çıxıram. Lakin bunun hələ başlanğıc olduğunu düşünürəm. Gələcəkdə əsas heyətdəki yerimi möhkəmləndirmək istəyirəm.
 
- Komandanız ilk altılıqda çox inamlı təsir bağışlayır...
- Bu, bizi mövsümün sonu üçün daha yüksək hədəflərə çatmağa həvəsləndirir. Qarşıdakı dörd turda bizi “Fenerbahçe”, “Galatasaray” və “Trabzonspor” kimi klublarla oyunlar gözləyir. Bu görüşlərdən çox şey asılı olacaq.
 
- Sizin “Sivasspor”dakı hazırkı çıxışınız Azərbaycanın əsas yığmasına dəvət almağınıza şərait yarada bilər?
- Ümid edirəm ki, elə də olar. Bu il mənim 21 yaşım tamam olacaq. Gənclərdən ibarət yığmalar arasında hazırkı seçmə mərhələ mənim karyeramda sonuncu olacaq. Buna görə də əsas komanda oynamağın vaxtıdı.
 
- Nəzərə alsaq ki, Vaqif Cavadov baş məşqçi Berti Foqts tərəfindən yığmaya çağırılmır, sizin əsas millidə peyda olmağınız tam mümkün görünür...
- Onların arasında nə baş verdiyini bilmirəm. Amma mən eşitmişəm ki, almaniyalı mütəxəssis çox prinsipial adamdı. Digər tərəfdən mən istəməzdim ki, yığmaya başqa futbolçu cəzalı olduğu üçün çağırılım. Buna layiq olmaq istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.