10 fevral 2012 15:02
Qarabağ üçün Qara Qarayevdən xoş xəbər
Məlum olduğu kimi, “Qarabağ”ın müdafiəçisi Qara Qarayev Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı dizindən zədə almış, əməliyyat üçün İstanbula göndərilmişdi. Amma sonradan aparılan müalicələr sonucunda cərrahi müdaxiləyə ehtiyac qalmamışdı.
Azerisport.az xəbər verir ki, yanvarın 23-də Türkiyənin ən böyük şəhərində 2 həftədən çox xüsusi müalicə alan 20 yaşlı futbolçu artıq Bakıya dönüb. Futbolçu durumu ilə bağlı açıqlama verib:
“İlkin müayinə zamanı əməliyyat olunmağın vacibliyini söylədilər. Amma İstanbulda təkrar müayinədən sonra həkimlər xüsusi proqramla çalışacağım halda əməliyyata ehtiyac olmadığını söylədilər. Belədə İstanbulda bir qədər çox qalmalı oldum. Hardasa 2 həftə həkim nəzarətində çalışdım. Sol dizimdə müəyyən problemlər vardı. İndi hər şey yaxşıdı. Fərdi məşqlər etsəm də, sabahdan etibarən kollektivlə çalışmalara başlayacam”.
