10 fevral 2012 15:25
AFFA klublarımızın baş məşqçilərini də Foqtsla birgə Dubaya göndərir
Xəbər verdiyimiz kimi, fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA rəhbərliyinin və Azərbaycan milli komandasının baş məşqçisinin qərarına əsasən, Premyer Liqada çıxış edən bütün klubların baş məşqçiləri AFFA-nın vəsaiti hesabına Dubay şəhərinə aparılacaq.
Klubların baş məşqçiləri fevralın 26-dan martın 1-dək millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləyəcək, təcrübə mübadiləsi aparacaqlar.
