10 fevral 2012 16:01
İnter qarda da məşq edir (FOTOREPORTAJ)
Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirən "İnter" məşqlərini "Şəfa" stadionunda həyata keçirir. Azerisport.az xəbər verir ki, dünən topla hərəkətlər yerinə yetirən və ikitərəfli oyun keçirən Kaxaber Tsxadadzenin yetirmələri bu gün də havanın küləkli və şaxtalı olmasına baxmayaraq məşq keçiblər. Bugunkü məşqdə paytaxt komandasının futbolçuları fiziki hərəkətlərlə və qaçışla kifayətləniblər.
