10 fevral 2012 17:34
Sumqayıt Neftçi ilə oyuna itkilərlə hazırlaşır
Ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraitinə baxmayaraq, “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara şəhərində əməliyyat olunan qapıçı Emil Balayev və ayağında ağrılar hiss edən Ruslan Qurbanov məşqlərdə iştirak etmir.
Yeni transfer Ruslan Məcidov isə komanda ilə birlikdə hazırlaşır. Bernard Raabın komandası sabah trenajor zalında hazırlıq keçəcək.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın növbəti turunda fevralın 15-də doğma azarkeşləri qarşısında “Neftçi” ilə üz-üzə gələcək.
