10 fevral 2012 18:06
Rayan Giqqz daha bir il Manchester Uniteddə
İngiltərənin “Manchester United” klubunun futbolçusu Rayan Giqqz klubla müqaviləsini uzadıb. Azerisport.az xəbər verir ki, yeni anlaşma 2012-2013-cü il mövsümünün sonunadək nəzərdə tutulub.
Bu, 38 yaşlı yarımmüdafiəçi üçün “qırmızı şeytanlar”ın heyətində 23-cü mövsüm olacaq. Hələlik Giqqz klubunun heyətində bütün turnirlərdə 898 matça çıxıb. Bu mövsüm uelslu futbolçu İngiltərə Premyer Liqasında 16 oyunda iştirak edib və 8 məhsuldar ötürmə verib.
