10 fevral 2012 18:47
Del Boske İspaniya yığmasından ayrılır
Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Visente Del Boske yenidən "Real" (Madrid) klubunu çalışdıracağı haqda yayılan xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, yayılan
xəbərləri təkzib edən ispaniyalı mütəxəssis AÇ-2012-dən sonra məşqçi karyerasını başa vuracağını açıqlayıb:
"AÇ-2012-dən sonra İspaniya yığmasından gedəcəyəm. Ancaq bundan sonra heç bir təklifi qəbul etmək fikrim yoxdu. "Real"ı çalışdıracağım haqda yayılan xəbərlər də həqiqəti əks etdirmir. Mən İspaniya millisindən sonra məşqçi karyeramı başa vuracağam".
Qeyd edək ki, Del Boske 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında İspaniya millisinə ilk çempionluğu yaşatmışdı.
