10 fevral 2012 19:45

“Neftçi ilə oyun mənim üçün ayrıca önəm kəsb etmir”

“Sumqayıt” Futbol Klubu Premyer Liqanın növbəti turu çərçivəsində fevralın 15-də doğma azarkeşləri qarşısında “Neftçi” ilə üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın yetirməsi olan, hazırda “Sumqayıt”da çıxış edən Orxan Həsənov hazırlıq prosesi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
 
“Antalyada təlim-məşq toplanışını yüksək səviyyədə başa vurduq. İki həftəlik Türkiyə toplanışının bəhrəsini Premyer Liqa oyunları zamanı görəcəyik. Biri-birindən maraqlı məşqlər komandamızdakı abu-havanı xeyli yüksəltmişdi. Nəzərinizə çatdırım ki, Antalyada 4 gün müddətində U-21-in düşərgəsinə də yollandım. Milli komandanın heyətində iki yoxlama oyununda 90 dəqiqə meydanda oldum. Əvvəlki formamı yavaş-yavaş bərpa etmək üzrəyəm. Yığmadan başqa, “Sumqayıt”ın heyətində 3 yoxlama görüşündə iştirak etdim. Bakıya qayıtdıqdan sonra da məşqlərimizi davam etdiririk. Özümü çempionatın ikinci mərhələsinə tam hazır sayıram. Bu sözləri komandamızada aid etmək olar”.
 
Həsənov sabiq komandası “Neftçi” ilə oyun haqqında da danışıb. Adıçəkilən futbolçu “ağ-qaralar”la oyunda uğur qazanacaqlarına inanır: “Neftçi” mənim doğma klubumdur. Futbolçu kimi yetişməyimdə “ağ-qaralar”ın əməyi çoxdur. Lakin biz peşəkarıq. Müxtəlif vaxtlarda, müxtəlif klublarda oynaya bilərik. Hazırda “Sumqayıt”ın uğurları üçün çalışıram. Gənclərdən qurulmuş əla komandamız var. Qarşıdakı “Neftçi” ilə oyun mənim üçün ayrıca önəm kəsb eləmir. Flaqmanla görüş fasilədən qayıtdıqdan sonra ilk matçımız olacaq. Bu qarşılaşmadan uğurlu nəticə ilə ayrılmaq istəyirik və buna bütün komanda ilə inanırıq”.
 
20 yaşlı yarmmüdafiəçi “Sumqayıt”ın yeni transferləri – Tərlan Quliyev, Uğur Pamuk, Yasin Abbasov və Ruslan Məcidov haqqında da fikirlərini bildirib: “Tərlan Quliyevlə uşaqlıqdan bir yerdə oynayırıq. U-15, U-17, U-19 indi isə U-21-in heyətində millinin uğurları üçün çalışırıq. Azərbaycanın ən perspektivli futbolçularından biridir. Ruslan Məcidovu da “Neftçi”dən tanıyıram. O, “Sumqayıt”da əvvəlki formasını bərpa edə biləcək. Uğur Pamuk olduqca cəld və dəqiq ötürmələrə malik olan futbolçudur. Komandamıza çox xeyir verəcək. Yasin Abbasov da komandanın hücum xəttini xeyli gücləndirəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.