10 fevral 2012 21:45
Rövnəq Abdullayev namizədliyini irəli sürdü
Xəbər verdiyimiz kimi, martın 9-da AFFA-nın hesabat-seçki Konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, konfransda AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
AFFA-nın prezidenti Rövnəq Abdullayev keçiriləcək seçkidə AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. Qeyd edək ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndinə əsasən, prezident öz namizədliyini irəli sürmək hüququna malikdi.
