10 fevral 2012 20:30
Millimizdən ardıcıl 3-cü qələbə! (YENİLƏNİB)
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirində çıxış edən çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Rusiyanın SOVMORTRANS komandası olub.
Qarşılaşmaya daha yaxşı başlayan yığmamız 2:0 öndə olarkən, Rusiya klubu oyunda dönüş yaratmağı bacarıb. Amma onların vurduğu 4 ardıcıl qola rəğmən, yığmamız sonda növbəti qələbəsini rəsmiləşdirməyi bacarıb.
Xatırladaq ki, millimiz ilk oyununda Rusiyanın “Podvodnik” komandası ilə qarşılaşmış və 4:1 hesabı ilə qələbə qazanmışdı. Növbəti oyunda isə komandamız ELMONT-u 5:4 hesabıyla yenmişdi.
Beynəlxalq turnir
Qrup mərhələsi
B qrupu
10 fevral
Azərbaycan – SOVMORTRANS - 5:4
Qollar: Z.Zeynalov, 4 (1:0), N.Mehrəliyev, 8 (2:0), Andrusenko, 11 (2:1), Kononov, 13 (2:2), Frolkov, 18 (2:3), Kuratnik, 20 (2:4), E.Quliyev, 25 (3:4), N.İsgəndərov, 28 (4:4), H.Bağırov, 30 (5:4).
Matçın 23-cü dəqiqəsində Korsakov penaltidən yararlana bilməyib
Yığmamız bu görüşə aşağıdakı heyətlə çıxıb: Əbdül Əliyev, Ramil Əliyev, Hikmət Bağırov, Comərd Baxşəliyev, Elçin Qasımov, Elvin Quliyev, Əli Hüseynov, Elşən Hüseynov, Zeynal Zeynalov, Namiq İsgəndərov, Emin Kürdov, Nahid Mehrəliyev.
Baş məşqçi: Bəhram Hətəmov.
Baş məşqçi: Bəhram Hətəmov.
