10 fevral 2012 11:38
“Biz Toni Adamsın gedişindən sonra daha yaxşı oynayırıq”
“Qəbələ”nin yarımmüdafiəçisi Veselko Trivunoviç azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, eləcə də çempionatdakı şanslarından danışıb.
- Komanda mövsümün qalan oyunlarına necə hazırlaşır?
- Qəbələyə yağan qar səbəbindən biz açıq havada yox, bağlı meydançada məşq edirik. Belə meydançada məşq etmək təbii ki, heç də münasib deyil. Amma hava şəraitini nəzərə alsaq, başqa çıxış yolumuz da yoxdu.

- Əlavə istirahət komandaya faydalı olacaq, yoxsa əskinə?
- Düşünmürəm ki, turun təxirə salınması bizim üçün faydalı olsun. Çünki biz artıq oynamaq istəyirik (gülür)! Amma növbəti oyunlarımızı gözləməkdən başqa yolumuz yoxdu.

- “Qəbələ”ni qalan oyunlara tam hazır saymaq olar?
- Bəli, tam hazırıq. Təlim-məşq toplanışımız çox əla keçdi. İndi isə onun nəticəsini görmək vaxtıdı.

- Toplanış dövründə keçirdiyiniz yoldaşlıq oyunları barədə nə düşünürsüz?
- Bəzi oyunlarımızı çox yaxşı keçirdik, bəzilərini isə yox. Bizə daim yaxşı oyun göstərmək lazımdı. Sabit çıxışa ehtiyacımız var. Fikrimcə, çempionatın gedişində buna nail ola biləcəyik. İndi sadəcə Premyer Liqanın bərpasını gözləmək qalır.

- Serjua Cehuanın gedişindən sonra Yannik Kamananı transfer etdiniz. Bu transferin faydalı olacağına inanırsız?
- O, yaxşı oyunçudu. Biz artıq ona öyrəşirik. Bunun üçün çox vaxt lazım gələcəyini düşünmürəm. Yannikin böyük təcrübəsi var. O, Fransa, Türkiyə çempionatlarında çıxış edib. Belə futbolçu bizə heç vaxt mane olmaz. O, “Qəbələ”yə uğur qazandıracaq.

- “Qəbələ”nin hazırda əsas hədəfi nədən ibarətdi?
- Turnir cədvəlindəki mövqeyimizi nəzərə alsaq, bunu demək çətindi. İndi bizə sadəcə, yaxşı oyun sərgiləmək lazımdı. Mövsümün geridə qalan dövrünü bizim üçün yaxşı hesab etmirəm. Amma Toni Adamsın gedişindən sonra daha yaxşı oynamağa başlamışıq. Baxmayaraq ki, nəticələrimiz yenə yaxşılaşmağa ehtiyac duyur.

- Azərbaycan çempionatına gələndən sonra Serbiya yığmasına əvvəlki kimi tez-tez çağırılmırsız...
- Bəli, belə alındı. Ola bilsin ki, o qədər də populyar olmayan çempionata gəlməyimin təsiridi. Fikrimcə, niyə çağırmamaları o qədər də önəmli deyil. Amma yenidən çağırsalar, sevinərəm.
- Azərbaycan çempionatında hansı komandaları xüsusi fərqləndirə bilərdiz?
- Mən “İnter”lə “Qarabağ”ı fərqləndirərdim. Ağdamlılar mövsümü yaxşı keçirməsələr də, bu komandanın oyununu görmüşəm və necə güclü olduqlarını bilirəm. Mən həmçinin “Neftçi”ni də qeyd edərdim.