10 fevral 2012 00:06
Yığmamızın hücumçusu Beşiktaşa qol vura bilmədi
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkara Türkiyə Superliqasında növbəti matçına çıxıb. Azerisport.as xəbər verir ki, o, qardaş ölkə çempionatının 26-cı turu çərçivəsində “Beşiktaş”la görüşün iştirakçısı olub.
Qarşılaşmada qalib müəyyənləşməyib. Belə ki, tərəflər hərəyə 1 qolla 1 xala razılaşıblar – 1:1.
Cihan Özkara oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Lakin o, matçın 81-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Sivasspor” qeydə alınan bərabərlikdən sonra 42 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
