10 fevral 2012 12:23
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edəcək
Bu gün Xorvatiyanın Zaqreb şəhərində UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin növbəti iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, komitə üzvləri futzal üzrə Avropa çempionatının yarımfinal və final oyunlarını izləyəcək, bununla yanaşı, futzal üzrə dünya çempionatının play-off mərhələsinin fevralın 11-də keçiriləcək püşkatma mərəsimində iştirak edəcəklər.
AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın qeyd olunan komitəsinin üzvü Elnur Məmmədov tədbirlərdə iştirak etmək üçün Zaqrebə gedib.
