10 fevral 2012 12:41
Xəzər Lənkəranın yeni oyunçusu Superliqada oynadı
“Xəzər Lənkəran”ın yeni futbolçusu Mehmet Akyüz Türkiyə Superliqasında son oyununu keçirib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun “Beşiktaş”dan icarəyə götürdüyü oyunçu dünən “Sivasspor”a qarşı oynayıb.
Mehmet 1:1 hesabı ilə başa çatan oyunun 88-ci dəqiqəsində meydana çıxıb. O, Necip Uysalı əvəzləyib. Bununla da yarımmüdafiəçi ən azı yaya qədər Superliqadakı son oyununu keçirib.
