10 fevral 2012 13:00

Stevan Bates də Xəzər Lənkəranda!

“Bakı”nın sabiq müdafiəçisi Stevan Bates karyerasını yenə Azərbaycanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, serbiyalı müdafiəçi bundan sonra “Xəzər Lənkəran”da çıxış edəcək.
 
Qeyd edək ki, Bates “Bakı”dan bu qış fasiləsində Aleksandr Starkovun istəyi ilə ayrılmışdı. Nəticədə təcrübəli müdafiəçi ölksəindən olan “Rad” klubuna transfer olunmuşdu.
 
Amma Belqrad təmsilçisi futbolçunun xidmətində maraqlı olan “Xəzər Lənkəran”la danışıqlardan sonra onu icarəyə verməyə razı olub. Belə ki, Bates cənub klubunda icarə əsasında çıxış edəcək.
 
Bates “Xəzər Lənkəran”a keçidini Serbiya mətbuatına açıqlamasında belə izah edib: “Mən “Bakı”da oynayanda, o vaxt komandanın baş məşqçisi Cüneyt Biçər idi. İndi o, “Xəzər Lənkəran”ı çalışdırır. Tükiyəli mütəxəssis mənə zəng etdi, təklif irəli sürdü. Mən də bu təklifin sərfəli olduğunu görüb, onu müsbət cavablandırmağı qərara aldım”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.