11 fevral 2012 13:10
Albaniya baş nazirinə Qarabağ forması verildi (FOTO)
Bu günlərdə Albaniya Respublikasının baş naziri Sali Berişa ölkəmizdə işgüzar səfərdə olub. Azerisport.az xəbər verir ki, səfər çərçivəsində baş nazir “Qarabağ”ın müdafiəçiləri, eyni zamanda Albaniya millisinin üzvləri olan Admir Teli və Ansi Aqolli ilə də görüşüb.
Görüşdə baş nazirə futbolçular tərəfindən “Qarabağ” Futbol Klubunun forması təqdim edilib.
