11 fevral 2012 13:45
İnterin yarımmüdafiəçisi : Hər şey öz əlimizdədi
“İnter”in yarımmüdafiəçisi Asif Mirili komandasının təlim-məşq toplanışı barədə danışıb, çempionatın ikinci hissəsindən nə gözlədiyi barədə fikirlərini paylaşıb. Azerisport.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Hamı bilir ki, toplanışlar çempionata hazırlıqların vacib mərhələlərindən biridi. Bunu anlayaraq biz də böyük arzuyla məşq etdik və məşqçi heyətinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Yaxşı hazırlaşdığımızı düşünürəm və bu toplanışların nəticəsini çempionatdakı uğurlarda görməyi arzulayıram. Biz növbəti oyunlara ciddi köklənmişik və çempionatın ikinci hissəsinin başlanmasını səbrsizliklə gözləyirik. Təbii ki, asan olmayacaq. Ancaq mübarizəyə də, rəqabətə də köklənmişik. Hər şey öz əlimizdədi və məqsədimizə doğru irəliləmək niyyətindəyik”!
