11 fevral 2012 14:00
Xəzər Lənkəran da rəsmən açıqladı
“Xəzər Lənkəran” Futbol Klubu daha bir futbolçunun keçidini həll edib. Azerisport.az xəbər verir ki, 30 yaşlı serb mərkəz müdafiəçisi Stevan Bates 1,5 il müddətinə ölkəsinin “Rad” klubundan icarəyə götürülüb.
Artıq cənub klubu bununla bağlı rəsmi məlumat da yayıb və transferi təsdiqləyib. Bates karyerası ərzində Bates “Jelezniçar Belqrad”, “Jeleznik”, Rusiyanın “Alaniya”, Fransanın “Şatoru”, Norveçin “Tromso”, həmçinin “Bakı” klubunda forma geyinib.
“Xəzər Lənkəran” Mehmet Akyüz transferi ilə də bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, bir müddət öncə Türkiyənin “Beşiktaş” klubu ilə yarımmüdafiəçi Mehmet Akyüzün icarəsinin razılaşdırıldığı barədə məlumat verilsə də, futbolçu ilə müqavilənin şəxsi şərtləri üzrə razılıq əldə olunmadığı üçün bu keçid baş tutmayıb.
