11 fevral 2012 14:56
Azərbaycan finaldakı rəqibini gözləyir
Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Grand-Prix Winter OBSL 2012” beynəlxalq turnirində çıxış edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün qrupdakı son oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rusiyanın “Kristall” komandası ilə qarşılaşan təmsilçimiz bu görüşdə də qələbəni bayram edib (2:2, penaltilərlə 2:1).
Xatırladaq ki, futbolçularımız turnirdə daha əvvəl keçirdiyi oyunlarda Rusiya təmsilçisi olan “Podvodnik”, ELMONT və SOVMORTRANS komandalarını müvafiq olaraq, 4:1, 5:4 və 5:4 hesabı ilə məğlub etmişdi. Nəticədə, yığmamız qrup lideri kimi finalda oynamaq hüququ qazanıb.
Turnirin final oyunu fevralın 12-də, saat 14:00-da keçiriləcək. Lakin yığmamızın rəqibinin kim olacağı hələlik dəqiq deyil. Onun kimliyi bu gün müəyyənləşməlidi. Hələlik, A qrupunda “Zevs” (Rusiya) 3 oyundan sonra 5 xalla liderdi. “FC City” (Rusiya) klubu 3 oyundan 3 xal toplayıb. Polşa və Belarus yığmaları isə 2 oyundan 3 xalla 3-4-cü yerləri bölüşürlər.
