11 fevral 2012 16:25
Joze Alesio: Püşkdə bəxtimiz gətirmədi
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio da Silva dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off oyunlarında qarşılaşacağımız Rusiya millisini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi iki çətin matç gözləyir. Rusiya sonuncu Avropa çempionatının finalçısıdı. Komanda indi çox yaxşı vəziyyətdədi. Püşkdə bəxtimiz qətiyyən gətirmədi. Daha keçiləsi rəqiblə düşə bilərdik. Bizə gəlincə, daha çox işləməliyik. AÇ-2012-də üzə çıxan bütün problemlərimizi yoluna qoymalıyıq ki, qarşıdakı oyunlarda onlar təkrarlanmasın. Heyətdə dəyişikliklər istisna deyil. Çünki bəzi oyunçuların hazırkı forması məni qətiyyən qane etmir. Bütün mənfi cəhətlərə rəğmən, bizim Rusiya yığmasını keçmək, dünya çempionatına yollanmaq şansımız var”.