11 fevral 2012 16:40

Qəbələ 5 futbolçu ilə gücləndi

Qış hazırlıq dövrünü Bakıda keçirən “Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 5 yeni futbolçu ilə güclənib. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qıs fasiləsində heyətə cəlb olunan Fərid Haqverdiyev (yarımmüdafiəçi), Ruslan Bədəlov (müdafiəçi), Seymur Əsədov (yarımmüdafiəçi), Salman İbrahimov (hücumçu) və Pərviz Mustafayev (hücumçu) artıq “Qəbələ”nin uğurları üçün tər tökəcəklər.
 
Bundan əlavə bir neçə Akademiya yetirməsinin də heyətə cəlb olunması gözlənilir. Paytaxtda baş tutan təlim-məşq toplanışında futbolçuları sınaqdan keçirən məşqçi heyəti onları iş başında görmək imkanı qazanıb. Özünü yaxşı tərəfdən göstərən futbolçular heyətə cəlb olunub. Bir neçə futbolçu isə bəyənilməyərək geri göndərilib. Yanvarın 26-dan fevralın 2-dək davam edən hazırlıq dövrü ərzində komanda 3 yoxlama oyununda gücünü sınayıb. İlk qarşılaşmada “Sumqayıt”ın əvəzedici komandası ilə üzləşən “Qəbələ” rəqibini 4:2 hesabı ilə məğlub edib. Amil Yunanov (2), Salman İbrahimov və Pərviz Mustafayevin qolları komandaya qələbə gətirib. İkinci oyunda “Qəbələ” “Rəvan”ı 2:1 hesabı ilə üstələyib. Komanda son oyunda da qələbə qazanıb. Bu dəfə “İnter” meydançadan başıaşağı ayrılıb - 4:3.
 
Hazırda əvəzedicilər “Qəbələ”də gündəlik məşqlərlə "Simurq"la matçın hazırlıqlarını davam etdirirlər. Qeyri sabit və qarlı hava şəraitinə görə məşqlər qapalı meydançada keçirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.