11 fevral 2012 20:57
Elvin Məmmədov: Əminəm ki, Qarabağa qalib gələcəyik
“Qarabağ”la görüş bu il keçirəcəyimiz ilk rəsmi oyundu. Bu oyunda yalnız qələbə barədə düşünürük". Azerisport.az xəbər verir ki, bu sözlər Premyer Liqanın XX turunun "Bakı" - "Qarabağ" qarşılaşması öncəsi "Bakı" və Azərbaycan milli komandasının üzvü Elvin Məmmədova məxsusdu.
Elvin Məmmədov vacib oyun öncəsi komandasının hazırlıqları davam etdirdiyini və bu oyuna yalnız 3 xal üçün çıxacaqlarını bildirir:
"Çox istəyirik ki, ilk oyunda qələbə qazanıb, ilə uğurlu başlayaq. Altılığa düşmək və çempionluq uğrunda mübarizə aparmaq üçün 4 çətin oyunumuz var. Bunlardan biri də “Qarabağ”la keçirəcəyimiz oyundu. Özümüzü sübut etmək və liderlərdən geri qalmamaq üçün oyunların hər birində 3 xal qazanmaq lazımdır. "Bakı"ya gəldikdə, gözəl kollektiv qurulub, güclü heyətimiz var. İnanıram ki, qarşıdakı oyunlardan maksimum xal toplayıb, liderlə xal fərqini azaldacağıq”.
