11 fevral 2012 11:18
Mehmet Akyüz: Xəzər Lənkəranla razılığa gələ bilmədik
Türkiyənin “Beşiktaş” klubunun hücumçusu Mehmet Akyüzün “Xəzər Lənkəran”a transferi baş tutmayıb. Azerisport.az xəbər verir ki, bu barədə türkiyəli forvard özü açıqlama verib.
O, qardaş ölkə mətbuatına açıqlamasında bunları dilə gətirib: “Xəzər Lənkəran” klubuyla bir görüşümüz oldu. Ancaq razılıq əldə olunmadı. “Beşiktaş”da qalıram”.
Qeyd edək ki, “Xəzər Lənkəran” bu futbolçunun icarə əsasında cənub klubuna keçəcəyinə dair məlumat yaymışdı. Lakin görünür sonradan danışıqlarda tam razılığa gəlmək mümkün olmayıb.
