11 fevral 2012 15:05
Azərbaycan millisi pley-offda Rusiya ilə qarşılaşacaq (YENİLƏNİB)
Bu gün Xorvatiyanın Zaqreb şəhərindəki “Sheraton” otelində futzal üzrə dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda play-off oyunlarının püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, əsas seçmə mərhələdə qrupda birinci yeri tutan komandaların rəqibi pley-offa qrup ikincisi kimi vəsiqə qazanan yığmalar olub.
Əsas seçmə mərhələdə qrup ikincisi olmuş Azərbaycan yığmasının da rəqibi müəyyənləşib. Püşkün nəticəsinə əsasən, Azərbaycan milli komandası pley-off-da Rusiya yığması ilə qarşılaşacaq. Xatırladaq ki, bu mərhələnin ilk oyunları 25-28 mart, cavab qarşılaşmaları isə 8-11 aprel tarixlərində olacaq. Millimiz ilk oyunu Bakıda keçirəcək..
Pley-offda mübarizə aparacaq komandaların siyahısı aşağıdakı kimi idi:
Qrup qalibləri: 1. İspaniya, 2. İtaliya, 3. Serbiya, 4. Portuqaliya, 5. Ukrayna, 6. Çexiya, 7. Rusiya.
Qrup ikinciləri: 1. Norveç, 2. Rumıniya, 3. Sloveniya, 4. Slovakiya, 5. Azərbaycan, 6. Belarus, 7. Macarıstan.
Püşkatma nəticəsində pley-offda mübarizə aparacaq cütlüklər belə müəyyənləşib:
Norveç - İtaliya
Sloveniya - Çexiya
Azərbaycan - Rusiya
Slovakiya - İspaniya
Macarıstan - Serbiya
Belarus - Portuqaliya
Rumıniya - Ukrayna
Sloveniya - Çexiya
Azərbaycan - Rusiya
Slovakiya - İspaniya
Macarıstan - Serbiya
Belarus - Portuqaliya
Rumıniya - Ukrayna
Xatırladaq ki, futzal üzrə dünya çempionatının final mərhələsi noyabrın 2-dən 18-dək Taylandda keçiriləcək.
