11 fevral 2012 21:05
Araz da Panioniosa qələbə qazandıra bilmədi (YENİLƏNİB)
Bu gün futbol üzrə Yunanıstan Superliqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” evdə “Pas Giannina” ilə qarşılaşıb.
Qeyd edək ki, bu oyun öncəsi “Panionios” 22 xalla 10-cu pillədə qərarlaşmışdı. “Pas Giannina” isə 17 xalla 13-cüydü. Bu üzdən Abdullayevin komandası autsayder üzərində mütləq qələbə qazanmağa borcluydu. Lakin Afina klubu bu şansdan da yararlana bilməyib.
Son oyunlarda forma geyməyən, üstəlik bir neçə gün öncə baş tutan sınaq matçında zədələnən Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Lakin baş məşqçi futbolçumuza start heyətində yer verib. Abdullayev 69 dəqiqə meydanda olub.
Yunanıstan Superliqası
21-ci tur
11 fevral
Panionios - Pas Giannina - 0:0
Matçın əvvəllərində Araz uzaqdan zərbəylə qol vurmağa çalışsa da, qapıçı onu dəf edir, ardından müdafiəçilər topu kornerə çıxarırlar
33-cü dəqiqədə Arazın növbəti cəhdi qeyri-dəqiq alınır
64-cü dəqiqədə Samaris və Şkembri Arazın ötürməsini qola çevirə bilməyib
69-cu dəqiqədə Arazın əvəzində meydana Antuneş çıxıb
